Kimyalaşdırmanın ekoloji problemləri

Автор работы: Пользователь скрыл имя, 07 Февраля 2013 в 20:04, реферат

Описание

Bitki inkişafı üçün müəyyən miqdarda biogen maddələrə ehtiyac göstərir (azot birləşmələri, fosfor, kalium və s.), bu maddələri o, adətən torpaqdan mənimsəyir. Təbii ekosistemlərdə bitki tərəfindən assimlyasiya olunan biogenlər, toxumlar, bitki töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin mübadiləsində destruksiya prosesləri nəticəsində torpağa qayıdır.
Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə atmosferdən fıksasiya olunur. Biogenlərin bir hissəsi yağıntılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infiltrasiya, həll olmuş biogenlərin səthi axımı, onların eroziya prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin azot birbşmələrinin qaz şəklinə düşərək atmosferə keçməsi hesab olunur. İlkin (bakirə) ekosistemlərdə biogen maddələrin, həmçinin humusun balansı yüksək dəqiqliyi ilə qapanır.

Содержание

1. Kənd təsərrüfatında mineral gübrələrdən istifadə.
2. Gübrələrin verilmə üsulları.
3. Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri.
4.Bitki mühafizəsində kimyəvi vasitələrin tətbiqi.
5.Pestisidlərdən istifadənin ekoloji problemləri.
6. Bitki zərərvericiləri,xəstəlikləri və onlarla mübarizə.

Работа состоит из  1 файл

497_Movzu_13.docx

— 46.65 Кб (Скачать документ)

Mövzu 13:Kimyalaşdırmanın ekoloji problemləri

 

Plan:

1.    Kənd təsərrüfatında mineral gübrələrdən istifadə.

2. Gübrələrin verilmə üsulları.

3. Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri.

4.Bitki mühafizəsində kimyəvi vasitələrin tətbiqi.

5.Pestisidlərdən istifadənin ekoloji problemləri.

6. Bitki zərərvericiləri,xəstəlikləri və onlarla mübarizə.

 

                           13.1. Mineral gübrələrdən istifadə

Bitki inkişafı üçün müəyyən miqdarda biogen maddələrə ehtiyac göstərir (azot birləşmələri, fosfor, kalium və s.), bu maddələri o, adətən torpaqdan mənimsəyir. Təbii ekosistemlərdə bitki tərəfindən assimlyasiya olunan biogenlər, toxumlar, bitki töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin mübadiləsində destruksiya prosesləri nəticəsində torpağa qayıdır.

Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə  atmosferdən fıksasiya olunur. Biogenlərin bir hissəsi yağıntılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infiltrasiya, həll olmuş biogenlərin səthi axımı, onların eroziya prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin azot birbşmələrinin qaz şəklinə düşərək atmosferə keçməsi hesab olunur. İlkin (bakirə) ekosistemlərdə biogen maddələrin, həmçinin humusun balansı yüksək dəqiqliyi ilə qapanır.

Kənd təsərrüfatı  təbii, praktiki olaraq qapalı biogen balansını po zur. Biogenlərin bir hissəsi hər il məhsul tərəfindən aparılır. Aqrosistemlərdə qida maddələrinin aparılması sürəti təbii sistemlərə nisbətən 2-3 dəfə çox olur, məhsul nə qədər çox olarsa, qida maddələrinin aparılması da bir о qədər çox olar.

Dünyada dənli bitkilərin məhsulu vasitəsilə ildə 40 mln. tona qədər, yaxud 1 ha dənli bitki sahəsindən 63kq azot aparılır.

Bıma görə  torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəlt-mək üçün gübrələrdən istifadə etmək lazım gəlir. İntensiv əkinçilikdə gübrəsiz torpağın münbitliyi eb sonrakı ildə aşağı düşür. Yerli şəraitdən asılı olaraq adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.

Qeyd edək ki, dünyanın bütün torpaqlarının tərkibində 150 mld. ton azot vardır. Hətta эп kasıb torpaq sayılan çimli-podzol torpaqlar tərkibində 20 sm-lik şum qatmda hektarda 2-4 ton azot saxlayır. Qaratorpaqda isə bu rəqəm 20-30 tona çatır.

Göründüyü  kimi torpaqda artıqlaması ilə azot vardır, lakin torpağa yenə də azot verilir. Bunun səbəbi müxtəlif azot formaları bitki tərəfin-dən kifayət qədər mənimsənilə bilmir. Gübrənin tərkibindəki azot ammonium və ya nitrat duzları şəklində olub bitki tərəfındən daha yaxşı mənimsənilir, lakin gübrənin davamiyyəti uzunmüddətli olmur. Sonrakı ildə gübrənin effektliyi ilk təsirinə nisbətən 20%-ə enir.

Uzun illər azot gübrələrinin itməsi əsasən onun axım vasitəsilə  çayla-ra və yeraltı sulara keçməsi ilə izah edilirdi.

Yüksək nəmliyi olan yüngül torpaqlarda tarla bitki ilə örtülü olmadıqda azot birləşmələri yuyulub aşağı qatlara keçir. Qalan hallarda isə azotun itməsi denitrifikator-bakteriyaların təsiri altında azot müxtəlif oksidlər və molekul formasma keçərək bərpa olunması yolu ilə baş verir.

Y.V.Novikova (1999) görə Rusiyanın tarlalarından havaya 1,5 mln. ton azot uçur.

Tarlaya azot gübrələri verildikdə onun miqdarı elə hesablanmalıdır ki, gübrələr məhz bitki tərəfindən mənimsənilsin, ətraf mühitə və insanlara ziyan yetirməsin. Çünki biogen maddələrin çoxluğu ətraf mühiti, saf suları çirkləndirir, su hövzələrini evtrofıkasiyaya uğradır, hətta atmosferin ozon qatını təhlükə altına alır. Su hövzələrinə daxil olan birləşmiş azotun yarıdan çoxu kənd təsərrüfat istehsalının payına düşür. Suyun qida maddələri ilə, ilk növbədə birləşmiş azotla zənginləşməsi, həddən çox yosunların inkişafına səbəb olur, onlar çürüyərək anaerob bakterial parçalanmaya məruz qalır, bu isə oksigeni defisitləşdirir. Bunun nəticə-sində balıqlar və başqa su heyvanlarının məhvinə gətirib çıxarır.

Nitratlar normadan artıq yalnız suda deyil, həm də ərzaq və yem bitkilərində toplanır. Öz-özlüyündə insan və heyvanların sağlamlığına təhlükə yaratmasa da, onlardan asanlıqla əmələ gələn nitritlər yüksək dərəcədə zəhərli olub qanda ağır xəstəliklər törədir. Nitritlərdən nitroaminlər əmələ gələ bilər.

Müasir əkinçiliyi aqrokimyəvi vasitələrsiz təsəvvür etmək mümkün deyildir. Bitkiçilikdən alınan məhsullarm yarısı aqrokimyəvi vasitələrin hesabına əldə edilir. Bəzi hesablamalara görə kimyəvi vasitələrdən istifadə bitkiçilikdən alınan məhsulun 50-60, bəzən isə 70%-ni xəstəlik və zərərvericilərdən qoruyur. Digər hesablamalara görə Yer kürəsi əhali-sinin 30%-i, yəni dörddə birdən də bir qədər çoxu mineral gübrələrin hesabına ərzaqla təmin edilir.

Hazırda dünyada 300 mln. tondan artıq gübrə istehsal olunur. Bununla belə, уеnə də dünyanın bir çox ölkələrində, əsasən də Afrikada bir çox səbəblərdən, о cümlədən qeyri-üzvi və üzvi mineral gübrə qıtlığı səbəbindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı olduqca aşağıdır. YUNESKO-nun məlumatma görə hər il Yer kürəsində milyonlarla in-san aclıqdan ölür, on milyonlarla insan isə ərzaq qıtlığından daim əziyyət çəkir. Bu о zaman baş verir ki, planetimizin əhalisi durmadan artır, adam başına düşən kənd təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən-ilə azalmaqda davam edir. Yaşayış məskənlərinin daim genişlənməsi, torpaqların eroziyası, şorlaşma və bataqlaşması dünyanın hər yerində müşahidə edilir.

Hələ XIX əsrin vvəllərində Y.Libix sübut etmişdir ki, torpaqdan kənd təsərrüfatı bitkilərinin məhsulu ilə birgə biogen elementlər də aparılır. Mineral gübrələr tətbiq edilmədiyi halda torpaqlar qüvvədən düşür. Düzgün texnologiyalar əsasında tətbiq edilən gübrələmə sistemi biosferin çirklənməsinə yol vermir və digər fəsadlar törətmir. Əksinə, gübrə-ləmə, qeyd edildiyi kimi məhdud sahədən daha çox məhsul götürməyə imkan verməklə, milyonlarla hektar meşə, çəmən, çöl və digər ekosistemləri qorumağa şərait yaradır. Hesablamalar göstərir ki, əgər dünya miqyasında mineral gübrələrin və digər kimyəvi vasitələrin tətbiqi dayandırılarsa, Yer kürəsi əhalisini ərzaqla təmin etməkdən ötrü əkinə yararlı torpaqların sahəsini 4-5 dəfə genişləndirmək lazım gələrdi. Bundan ötrü isə milyon hektarlarla təbii ekosistemlər, xüsusən də mülayim və tropik qurşağın meşələri məhv edilməlidir.

Mineral gübrələri, həmçinin mikro gübrələri tətbiq etmədən əkinçilikdə qida maddələrinin müsbət balansmı yaratmaq mümkün deyildir. Mineral və mikro gübrələr əkinçilikdə biogen elementlərin davranışını yaxşılaşdırmaqla yanaşı, ətraf mühitdə də bu maddələrin müvazinətini qoruyub saxlayır. Əkinçilikdə qida elementlərinin balansının pozulması nəticəsində torpaq, bitki və təbii su hövzələrinin kimyəvi tərkibinin pisləşməsi baş verir, bu isə öz növbəsində kənd təsərrüfatı və yem bitkilərinin keyfiyyətinə mənfi təsir göstərməklə insanların və ev heyvanlarının xəstələnməsinə gətirib çıxarır. Məsələn, yod çatışmazlığı endemik zob, flor dişlərin kariyesinə, sink ürəyin işemiya xəstəliyinə, marqans şəkərli diabetə səbəb olur.

Tarlaların gübrələnməsi qədim zamanlardan başlanmışdır. Нələ eramızdan əvvəl I əsrdə bu tədbirə böyük diqqət ayrılmışdır. Belə ki, Qədim Romada səthin relyefini nəzərə alaraq, düzən sahədə hektarın 1ha-na 18 araba, yamaclarda isə 24 araba peyin verirdilər.

ABŞ-m mütəxəssisləri ayrı-ayrı faktorların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirini və əhəmiyyətini sıra ilə aşağıdakı kimi qiymətləndirmişlər (%-lə).

           Gübrələr          41

           Herbisidlər          15... 20

           Əlverişli torpaq          15

           Hibrid toxıımlar 6

           Suvarma           5

           Digər faktorlar          11... 16

 

Statistik rəqəmlər sübut edir ki, hazırkı dövrdə  planetimizin hər dördüncü adamı gübrələri tətbiq olunması ilə əldə olunan əlavə məhsulla qidalanır.

Akademik D.N.Pryanişnikovun gübrələrin köməyi ilə əldə olunan

məhsul artımmı yeni əkinçilik kontinentinin açılması  ilə müqayisə etməsi əlbət ki, təsadüfi deyildir.

1986-1990-cı illər ərzində Rusiyanın əkinçiliyində orta hesabla 13 mln. ton mineral gübrələrdən istifadə olunmuşdur. D.M.Xomyakovun (1998) verdiyi qiymətə görə Rusiya əhalisini aşağıdakı miqdarda bitkiçilik məhsulları ilə lazımi miqdarda təmin olunmasına ehtiyac vardır (mln. ton hesabı ilə): taxıl 95, şəkər çuğunduru 27, günəbaxan 3,5, kartof 38, tərəvəz 11,5. Bu zaman 10 mln. ton gübrə, 8,5 min ton pestisidlər, 35,5 mln. əhəngtərkibli material tələb olunur. Bununla belə, müəllifə (Xomyakov, 1998) görə 1996-1997-ci illərlə Rusiyada tarlalara vəsait çatışmazlığından cəmi 1,4... 1,7 mln. ton gübrə verilmişdir (1 ha torpağa 14 kq, yəni elmə əsaslanan tələbatdan 10 dəfə az). Deməli, hər hektar səpin sahəsi 100 kq qida maddəsi almır.

ABŞ-da məhsul toplanan sahə 125 mln. ha olub, təxminən Rusiyanınkına bərabərdir. 1995-1997-ci illərdə ABŞ-da hər il tarlalara26 mln. ton mineral gübrə, yəni hər hektar əkin sahəsinə 208 kq mineral gübrə verilmişdir. Əkinçilikdə 10 mln. tona yaxın azot, 4 mln. ton fosfor və 5 mln. ton kalium gübrəsi verilərək, qida maddələrinin müsbət balansını təmin etmişdir («ABŞ-ın aqrar sektoru XX əsrin sonunda»). 1991-1993-cü illərdə AFR-də kənd təsərrüfatı sahələrinin hər hektarına orta hesabla 192,3 kq mineral gübrə, о cümlədən 108,7 kq azot, 34,3 kq fosfor və 49,3 kq kalium gübrəsi verilmişdir, bununla da kənd təsərrüfatı sahəsinin 1 ha-dan dən (toxum) vahidi hesabı ilə ortaillik istehsal məhsulu 6,94 ton təşkil etmişdir (Şpaar, 1996).

B.Q.Mineyev (1998) bütün gübrələrdən və kimyəvi meliorantlardan düzgün istifadə etməyin alternativi olunmadığını qeyd edərək, onun həllinə tələb olunan funksional məsələləri aşağıdakı kimi ifadə edir:

- bitkiyə, xüsusilə bitkiçiliyin məhsulunu təşkil edən onun generativ hissəsinə daxil olan toksiki elementlərin qarşısını alan fizioloji maneə fəaliyyətini gücləndirməyi nəzərə alaraq, mədəni bitkilərin biogen makro və mikroelementlərlə qidalanmasının optimallaşdırılması;

-torpağın münbitliyinin bərpası, onun xassələrinin və humus vəziyyətinin yaxşılaşdırılması;

-aqroekosistemdə optimal nisbəti nəzərə alaraq, əkinçilikdə biogen eiementlərin aktiv balansını və kiçik dövranmı saxlamaq;

-aqroekosistemin ağır metallarla və digər toksiki elementlərlə qlobal və lokal texnogen çirklənməsinin neqativ nəticələrinin aşağı salınması;

-aqroekosistemdə radiasiya-ekoloji vəziyyətin yaxşılaşdırılması;

-aqroekosistemin bioloji göstəricilərinin nizama salınması;

-bitkiçilik məhsulunun kimyəvi tərkibinin və qidalılıq dəyərinin yaxşılaşdırılması.

Gübrələrin ətraf təbii mühitə, aqrosenozun bu və ya digər komponentlərinə əlverişsiz təsiri olduqca müxtəlifdir (torpağın, qrunt və səth sularının çirklənməsi, su hövzələrinin evtrofıkasiyanın güclənməsi, torpağın bərkiməsi; qida maddələrinin dövriyyəsinin və balansının pozulması, torpağın aqrokimyəvi xassələrinin və münbitliyinin pisləşməsi; səpinlərin fitosanitar vəziyyətinin pisləşməsi və xəstəliklərin inkişafı, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və əldə olunan məhsulun keyfiyyətinin aşağı düşməsi və s.).

 

                                   13.1.1.Azot gübrələri

    Məlum olduğu kimi, azot bitkinin qidalanması üçün əsas element sayılır, odur ki, azot gübrələri əkinçiliyin kimyalaşdırılmasının əsas komponentlərinə aiddir. Lakin qida elementlərinin balanslaşdırılmaması, su rejimi pozulduqda, kifayət qədər işıqlanma olmadıqda və digər əlverişsiz şəraitdə azot gübrəsinin yüksək dozada verilməsi torpaq münbitliyinin aşağı düşməsinə və qida məhsullarının çirklənməsinə səbəb ola bilər. B.Kommonerin (məşhur «ekologiyanın dörd qanunu»nun müəllifi) məlumatına görə ABŞ-da torpağa verilən gübrələrlə daxil olan azotun orta hesabla yarısı bitkilər tərəfindən udulur. Onun qalan miqdarı atmosferə ayrılır, su hövzələrinə axıdılır və torpaqda toplanaraq ətraf təbii mühiti çirkləndirir.

    Azot mineral gübrələri bərk və maye halında hazırlanır və istifadə olunur. Bərk azot gübrələri formasına görə aşağıdakılara bölünür:

-ammonyaklı (NH4): ammonium - sulfat, ammonium-xlorid;

-ammonyak-nitratlı (NH4NO3): ammonium selitrası, ammonyak-sulfat-nitrat;

-nitratlı (NO3): natrium-nitrat (natrium selitrası), kalsium-nitrat (kalsium selitrası);

-amidli (NH2): karamid (sidik cövhəri), sianamid-kalsium. Maye halında azot gübrələrindən ammonyaklı gübrələrdən geniş istifadə edilir, azot burada ammonyak (sulu və susuz halda) şəklində olur. Azot gübrəsinin dozasının artırılması, həm əldə olunan məhsulda nitratların artmasına səbəb olur, həm də məhsulda «C» vitamininin, şəkərin və digər maddələrin azalmasına, bununla da, onırn bioloji dəyərinin aşağı düşməsinə səbəb olur.

Tərəvəzdə nitratların toplanmasında istifadə edilən gübrənin forması, məhsulun yığım vaxtı böyük rol oynayır.

   Azot gübrələri təbii suları da çirkləndirir. Su obyektlərinə azotun axması həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla (ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi, gübrənin dozası və s.) baş verir.

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Torpaqdan nitratların yuyulub aparılması  prosesini çəmənlərin şumlanması, səpin dövriyyəsində  taxılın və cərgə araları becərilən bitkilərin payının artması, aralıq bitkilərin becərilməsindən tamamilə imtina edilməsi gücləndirir.

Tərəvəz, giləmeyvə və üzüm bitkisinin intensiv becərildiyi rayonlarda qrunt sularının nitratlarla çirklənməsi müşahidə olunur.

Gübrə veriləndən əvvəl torpaqda əhəngləmə aparılmalıdır, bu torpağın turşuluğunu aşağı salır və nitratların bərpa olunma prosesini aktivləşdirir.

Nitratların toplanmasında gübrənin verilmə vaxtı mühüm rol oynayır. Kökmeyvəlilərin və kələmin kütləvi yetişdiyi dövrdə azot gübrəsinin verilməsi tövsiyə olunmur.

                                                                                                          Cədvəl 13.1

    Müxtəlif bitkilər altında torpaqdan azotun aparılması, kq/ha

 

 

Şum sahəsi

 

Torpaq

Taxıl

Cərgəarası becərilən

Çəmən

Qumlu

30

45

7

Gillicəli

21

32

5

Gilli

15

24

3

Orta hesabla

22

34

5


 

Kənd təsərrüfatı məhsullarının nitratlarla çirklənməsinin azaldılmasında (qarşısının alınmasında) kifayət miqdarda üzvi gübrələrin (peyin, kompost, siderat) verilməsi olduqca mühüm üsul hesab olunur. Bir çox ölkələrdə aparılan təcrübələrin nəticələri göstərir ki, üzvi gübrələr mineral gübrələrlə 4:1 nisbətində verilməsi məqsədəuyğundur.

Bitkilərin qidalanmasında mineral azota perspektiv alternativ bioloji azot hesab olunur.

Müxtəlif dozalarda azot gübrəsi verildikdə torpağın nəmliyi yalnız dənin mütbq artıma deyil, həm də onun tərkibində toplanan zülalların toplanmasına da müsbət təsir göstərir.

Məlum olduğu kimi, ayn-ayrı torpaq-iqlim zonası və ya aqrokimyəvi rayon üçün təcrübələrin aparılması yolu ilə üzvi və mineral gübrələrin orta verilmə norması müəyyən edilmişdir.

 

                             13.1.2. Fosfor gübrələri

Kənd təsərrüfatında tətbiq olunan fosfor gübrələri, əsasən bitki tərəfindən asan mənimsənilən, suda həll olan növlərdən ibarətdir. Bura superfosfat və ikiqat superfosfat, həmçinin mürəkkəb gübrələr - ammofos, diammofos, nitroammofoska, karboammofoska daxildir.

Fosfor mühüm biogen elementlərə aiddir. Canlı orqanizmlərin fosfora olan tələbatı azotdan təxminən 10 dəfə az olmasına baxmayaraq, o, bitki üçün yalnız qidalanma mənbəyi deyil, həmçinin enerji mübadiləsində və artım prosesində əsas rol oynayır.

Tam yararlı məhsul alınmasına əlverişli şərait yaratmaq üçün torpaqda kifayət qədər mənimsənilən fosfor olmalıdır.

Lakin bununla yanaşı, fosfor gübrələri ilə birlikdə torpağa çoxlu

sayda torpaq mühitində az hərəkətdə olan toksik elementlər də daxil olur. Superfosfat tərkibində daha çoxlu miqdarda çirkləndirici maddələr olması ilə fərqlənir (Barrows, 1966):

Qarışıq

miqdar, mq/kq

As

1,2...2,2

Sl

0,0...4,5

Со

0...9

Ni

7...32

Cu

4...79

Pb

7...92

W

20...180

Cd

50...170

Cr

66...243

Zn

50...1430


 

 

Bundan başqa fosfor gübrələrinin tərkibində ftor toksik birləşmələri də olur. Gübrə kimi istifadə olunan fosforun xeyli hissəsi torpaqda qalır, belə ki, torpaqda olan Ca, Al və Fe-la birləşir. Aparılan tədqiqatlar təbii fosfatların tərkibində radioaktiv elementlərin (uran, radium) olmasını  təsdiq edir.

Təbii sularda P2O5-İ 11 miqdarının çoxalması su obyektlərinin evtrofıkasiyasına səbəb olur: bəzi regionlarda hazırda göl və su anbarlarında yosunların biokütləsi kənd təsərrüfatının ümumi məhsulunu keçir.

Müəyyən edilmişdir ki, su hövzəsinə 1 kq fosfor daxil olduqda 100 kq fitoplankton əmələ gəlir, suda fosforun konsentrasiyası  0,01 mq/1-keçdikdə isə yosunların kütləvi inkişafı ilə əlaqədar suyun «çiçəkləməsi» başlayır (Mineyev, 1990).

Yuxarıdakıları nəzərə alaraq, fosfor gübrələrindən istifadə etdikdə aşağıdakı faktorlara diqqət yetirməlidir:

  • gübrə kimi istifadə olunan xammal materialları;
  • gübrədə olan ağır metallar, radionuklidlər və digər toksiki elementlərlə (birləşmələrlə) torpağın çirklənməsinin yol verilən səviyyəsi;
  • fosfor gübrələrinin torpağa verilməsində vacib olan əməliyyatlar (işin aparılma vaxtı, gübrələnən sahələrin yerləşdiyi məkan, müvafq işlərin yerinə yetirilməsi üçün şəraitin mövcudluğu), həmçinin torpağın fosforlaşdırılması zamanı ekoloji məhdudiyyətlərə riayət olunması.

 

                            13.1.3. Kalium gübrələri

Ən çox yayılan kalium gübrələrinə kalium-xlorid, kalium-sulfat, təbii kalium duzu xammalı (əsasən silvinit) və b. aiddir. Bu gübrələr həm çinin ətraf təbii mühitə mənfi təsir göstərir. Məsələn, silvinit hazırladıqda halit tullantıları (layları), gilli-duzlu şlamlar, həmçinin tozlu-qazlı tullantılar əmələ gəlir. Duz laylan geniş əraziləri zəbt edərək torpaq və yeraltı suların duzlaşmasının mənbəyi sayılır. Atmosfer yağıntılarının təsiri ilə tərkibində duzun miqdarı 300 q/1 olan duzlu sular əmələ gəlir, onlar qrunt sularına daxil olur və buxarlanma prosesində torpağın səthinə qalxır.

Silvinit qazıntılarının zənginləşdirilməsi zamanı əmələ  gələn gilli duzlu laylar güclü çirklənmə yaradır. Onlar adətən 20...40 m dərinliyə basdırılaraq ətrafı tənəciklərlə əhatələndirilir. Belə «anbarlar» yerləşən sahələrdə bataqlaşma və şorlaşma baş verir.

Kalium gübrələrin tərkibində ballast elementləri (Cl, Na) də olur, yüksək dozada sistematik gübrələmə apardıqda onlar torpaqda toplanaraq onun münbitliyini aşağı salır.

Kalium gübrələrinin tərkibində olan metallar (Cd, Hg, Pb,Al) canlı orqanizmlərdə toplana və qrunt sularına daxil ola bilərlər.

                                                                                                        Cədvəl 13.2

Kalium gübrələrində olan zərərli qarışıqlann miqdarı. mq/kq (Kuzina və b., 1987)

Gübrələr

Pb

Cd

Al

Hg

Cr

КС1

0,5

0,2...0.3

1,3...7,7

-

-

K2S04

12,0

1,0

0,2

0,075

0,25

Rütubətii kalium duzu

4,0

0,09

2,6

-

-

40%-li kalium duzu

4,5

0,16

4,1

-

-




 

 

Kaliumun yuyulması su rejimi tipindən, torpağın qranulometrik tərkibindən, tərkibindəki humusun və kalium ehtiyatının miqdarından asılıdır. Kaliumun və digər qida elementlərinin itirilmə miqdarına, həmçinin bitki örtüyünün mövcudluğu, aqrotexniki qaydalara riayət olunması, suvarma norması, torpağın turşuluğu və yerin relyefi təsir göstərir.

Информация о работе Kimyalaşdırmanın ekoloji problemləri