Kimyalaşdırmanın ekoloji problemləri

Автор работы: Пользователь скрыл имя, 07 Февраля 2013 в 20:04, реферат

Описание

Bitki inkişafı üçün müəyyən miqdarda biogen maddələrə ehtiyac göstərir (azot birləşmələri, fosfor, kalium və s.), bu maddələri o, adətən torpaqdan mənimsəyir. Təbii ekosistemlərdə bitki tərəfindən assimlyasiya olunan biogenlər, toxumlar, bitki töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin mübadiləsində destruksiya prosesləri nəticəsində torpağa qayıdır.
Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə atmosferdən fıksasiya olunur. Biogenlərin bir hissəsi yağıntılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infiltrasiya, həll olmuş biogenlərin səthi axımı, onların eroziya prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin azot birbşmələrinin qaz şəklinə düşərək atmosferə keçməsi hesab olunur. İlkin (bakirə) ekosistemlərdə biogen maddələrin, həmçinin humusun balansı yüksək dəqiqliyi ilə qapanır.

Содержание

1. Kənd təsərrüfatında mineral gübrələrdən istifadə.
2. Gübrələrin verilmə üsulları.
3. Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri.
4.Bitki mühafizəsində kimyəvi vasitələrin tətbiqi.
5.Pestisidlərdən istifadənin ekoloji problemləri.
6. Bitki zərərvericiləri,xəstəlikləri və onlarla mübarizə.

Работа состоит из  1 файл

497_Movzu_13.docx

— 46.65 Кб (Скачать документ)

Kaliumun çox itməsinin, səth və qrunt sularının çirklənməsinin qarşısını almaq üçün kalium gübrələri torpağın əsas becərilməsinin (şumun) altına verilməlidir. Mineral gübrələrin qida elementlərinin yuyulub aparılması ilə itkisinin azaldılması üçün aqrotexniki və kimyəvi üsullardan istifadə olunur. Sonuncu üsul arasında tədricən təsir göstərən gübrələrin tətbiqi maraq doğurur, bu zaman qida elementləri bitki tərəfindən bütün vegetasiya dövründə tədricən mənimsənilir. Buna kapsullaşdırmanın köməyi ilə, sintetik örtükdən (qatran, parafin, polietilen və b.) və ya sadəcə olaraq, kükürddən istifadə etməklə nail olmaq olar.

Gübrə sistemində üzvi gübrələr mühüm əhəmiyyət kəsb edir. Lakin yüksək məhsuldar torpaq yaratmaq yalnız üzvi gübrələrin hesabına mümkün deyildir. Təsərrüfatda kifayət qədər üzvi gübrələrdən istifadə edildikdə torpaqda humusun balansı müsbət ola bilər. Lakin mineral gübrələrdən istifadə etmədən torpaqda fosfor və kaliumun balansmı təmin etmək qeyri-mümkündür. Üzvi və mineral gübrələrin bitkiyə və torpağa təsiri müxtəlifdir. Mineral gübrələrdən (xüsusilə azot, qismən kalium gübrələri) qida maddələri bitkilər tərəfindən gübrə veriləndən sonra demək olar ki, dərhal maksimum, üzvi gübrələrdən isə üzvi maddələrin minerallaşması prosesində tədricən istifadə olunur. Odur ki, lazım gəldikdə bitkinin qidalanması üçün mineral gübrə verilməlidir. Əgər mineral gübrələr, əsasən torpağın qida rejimini yaxşılaşdırırsa, üzvi maddələr isə bununla yanaşı, həm də torpağı humusla zənginləşdirir, onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır, torpaq mikroflorasının aktivliyini artırır. Üzvi və mineral gübrələrin birlikdə verilməsi, onların eyni miqdarda aynlıqda verilməsi ilə müqayisədə öz müsbət təsirinə görə daha effektli nəticə əldə olunur. Yalnız üzvi-mineral gübrə sisteminin digər aqrotexniki və bioloji üsullarla birlikdə tətbiqi torpağın münbitliyinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, məhsulun keyfiyyətinin nizama salınması və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi üçün etibarlı əsas yaradır.

 

                        13.1.4. Gübrələrin verilmə üsulları

Əkin sahələri üçün gübrələmə sistemi tətbiq etdikdə, əkin dövriyyəsində ayrı-ayrı bitkilər üçün və mineral gübrələrin dozasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək olduqca mühüm məsələdir.

Verilmə vaxtına görə səpindən əvvəl, səpin vaxtı (cərgələrə, yuvalara) və səpindən sonra (əlavə gübrə) gübrələmə tətbiq edilir.

Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Onlar bütün vegetasiya dövründə, xüsusən bitkilər intensiv böyüyən, inkişaf edən və ən çox qida elementləri sərf edən dövrdə bitkilərin qidalanmasını təmin etmək üçündür. Buna görə səpindən əvvəl gübrələməyə əsas gübrələmə deyilir. Kotanla basdırılan gübrə torpağın dərin, daha çox rütubətli qatına düşür və buna görə bitkilər ondan demək olar ki, bütün vegetasiya dövründə səmərəli istifadə edir. Səpindən əvvəl gübrələr, torpağın becərilmə sistemindən aılı olaraq, müxtəlif vaxtlarda verilə bilər. Əgər torpaq payızda dərin becərilib yazda yalnız səpinqabağı kultivasiya edilərsə, gübrələr dondurma şum altına verilir.

Səpin vaxtı gübrələrin cərgələrə və ya çalacıqlara verilməsi əsasən bitkiləri inkişafın ilk dövründə qida ilə təmin etmək üçündür. Buna görə bu üsulla gübrələr kiçik doza ilə verilir. Bitkilər ilk inkişaf fazasmda əlverişli olmayan şəraitə, о cümlədən qida elementlərinin çatışmazlığına xüsusilə çox həssas olurlar. Səpin vaxtı gübrələrin kiçik dozasının cərgələrə və ya çalacıqlara verilməsi cavan bitkilərin qidalanması üçün əlverişli şərait yaradır; bunun nəticəsində bitkilər sürətlə inkişaf edir və əlverişli olmayan şəraitə, məsələn, rütubətin müvəqqəti çatışmazlığına, ziyanvericilər və xəstəliklərdən zədələnməyə dözümlü olur, həm də, sonra alaq otları ilə asanlıqla mübarizə apara bilirlər.

Yüksək məhsul götürmək və onun keyfiyyətini yaxşılaşdırmaq işində əlavə gübrələnməyin (səpindən sonra) böyük əhəmiyyəti var. Bu üsul bitkilərin inkişafının müəyyən dövründə onların qidalanmasını gücləndirməyə imkan verir.

Payızlıq bitkilərə erkən yazda əlavə gübrənin verilməsi hər yerdə yüksək səmərəli olur. Xüsusilə pambıq, şəkər  çuğunduru və kartof kimi cərgəarası becərilən bitkilərin əlavə gübrələnməsi geniş yayılmışdır. Əlavə gübrəni təyyarə ilə dağınıq səpələyərək səpin maşmı ilə (payızlıq bitkilərə, kətana) və ya cərgəarası becərilən bitkilərə qulluq edəndə cərgələrə verilir. Sonuncu halda gübrələri bitki qidalandıran maşınlara və ya cərgəarası becərmə alətlərinə quraşdırılan xüsusi vasitələrlə verirlər. Əlavə gübrələmə zamanı gübrələri quru halda və ya məhlul şəklində verirlər.

 

13.1.5. Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri

V.A.Kovda (1978) bir sıra kimyəvi birləşmələrin, elementlərin və ağır metalların müxtəlif xəstəliklərlə əlaqəsi olması haqqında məlumat verir. Məsələn, gübrələmə texnologiyası gözlənilməyəndə azotun nitrat formalarının ərzaq məhsullarında, yemdə və suda toplanması baş verir, о da insan orqanizminə кесэгэк bəzi xəstəliklərin yaranmasına səbəb olur (Ə.Güləhmədov, M.P.Babayev, F.Z.Axundov, 1988; Z.R.Mövsümov, 1994). Nitratlar nitritlərlə birgə konserogen təsir yaradaraq, insan orqanizmi və ətraf mühit üçün daha ağır fəsadlar törətmək imkanına malikdirlər. Meyvə-tərəvəz və su ilə qəbul edilmiş nitratların 80%-nin insan orqanizmindən xaric edilməsinə baxmayaraq onun mədə-bağırsaq sistemində qalan hissəsi bəzi mikroorqanizmlərin və fermentlərin təsiıi ilə daha yüksək toksiki maddəyə - nitritə çevrilir. Nitritin insana toksiki təsiri nitratdan 10-20 qat artıqdır. Ona görə də, nitratın insana zərərli təsiri eyni zamanda nitritin təsiri ilə daha da güclənir. Bu maddələrin insan və heyvan orqanizmlərinə təsir mexanizmi aşağıdakı kimi izah edilir. Normal halda qanın tərkibində olan hemoqlobin nəfəs alan zaman havanın oksigenini özünə birləşdirərək oksihemoqlabinə çevrilir. Oksihemoqlabin qanla birlikdə toxumalara yayılaraq özünə birləşdirdiyi oksigeni bədənin hər yerinə çatdırır. Beləliklə, normal vəziyyətdə hemoqlobin bədəndə oksigen daşıyıcısı vəzifəsini yerinə yetirir.

    Orqanizmə nitrat və nitrit daxil olduqda isə onlar hemoqlobinb birləşərək methemoqlobin adlanan davamlı birləşmə əmələ gətirir. Nəticədə qanda hemoqlobinin miqdarı azalır, orqanizmin oksigenlə normal təchizi pozulur. Adətən ngrmal orqanizmdə methemoqlobinin miqdan hemoqlobinin ümumi miqdarının 2%-ni təşkil edir. KLiçik yaşlı uşaqlarda, xüsusilə vaxtından tez doğulmuş körpələrdə methemoqlobinin miqdarı 4%-ə çatır. Yaşlıların orqanizmində xüsusi ferment sistemi mövcuddur. Bu sis-tem əmələ gəlmiş methemoqlobini parçalayaraq hemoqlobinin miqdarmı bərpa edir. Uşaqlarda isə bu ferment sistemi fəaliyyət göstərmədiyi üçün nitrat və nitritlə zəhərlənmə ölümlə nəticələnə bilir.

Nitrat və  nitritlər orqanizmə kəskin,. ötəri və xroniki təsir göstərir. İnsan və heyvan orqanizminə bir dəfəyə  yüksək miqdarda nitrat və nitrit daxil olduqda methemoqlobinemiya, yəni methemoqlobinin miqdarının artması prosesi inkişaf etməyə başlayır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz xəstəliyi müşahidə edilir. Methemoqlobinin miqdarı 20-50%-ə çatdıqda isə sianoz xəstəliyinin inkişafı kəskinləşir. Bu xəstəliyin əsas əlamətləri oksigen çatışmazlığı, zəiflik, baş ağrısı, ürək döyünməsi və huşun itirilməsidir. Methemoqlobinin miqdarının 50%-ə keçməsi ölümlə nəticələnir. Nitrat azotunun orqanizmə, hətta az miqdarda, lakin mütəmadi daxil olması insanın xroniki zəhərlənməsinə səbəb olur. Bu zaman qaraciyərdə və böyrəklərdə, ürəkdə və ağ ciyərlərdə bəzi dəyişikliklər baş verir (cədvəl 12.3.)-

Mühitdə  kükürd, azot və karbon oksidlərinin böyük konsentrasiyası  yarananda, bu, nəfəs yollarının iltihabına, ağ ciyər xəstəliklərinə və astmaya səbəb olur. Eynilə civə, kadmium, qurğuşun mərkəzi sinir sistemi-ni zədələyir, irsi xəstəliklərin (eybəcərlik, psixoz), mutasiyanın yaranmasına gətirib çıxarır. Kadmium birləşmələri insan skletini və psixikasını pozan itoy-itoy xəstəliyini də törədir. Bu xəstəlik ilk dəfə Yaponiyada müşahidə edilmişdir. Ona görə də əkinçiliyin kimyalaşdırılması gübrələmə sistemlərinin keyfiyyəti və həmçinin ətraf mühitin (hava, su, torpaq), qida və yem bitkilərinin toksiki birləşmələr və ağır metallarla çirk-lənməsi üzərində daimi nəzarətin olmasını təbb edir.

Ətraf mühitin azot gübrələri ilə çirklənməsinin qarşısının alınmasında bioloji azotun böyük rolu vardır. Yuxarıda qeyd edildiyi kimi, mikroorqanizmlərin, ilk növbədə paxlalı bitkilərin kök sistemində simbioz formasında mövcud olan azot fiksatorlarönön vasitəsilə biosferə 7,6 mln. ton bioloji azot daxil olur. Hesablamalar göstərir ki, paxlalı bitki əkinlərində hər hektara əlavə olaraq 20-25 kq bioloji azot daxil olur. Digər tərəfdən, paxlalı bitkilərin ətraf mühitin mühafizəsində ən əhəmiyyətli rolu ondan ibarətdir ki, onların əkildiyi sahələrə azot gübrələrinin verilməsinə ehtiyac yoxdur.

Bəzi müəlliflərin (Q.V.Dobrovolski, E.D.Niktin, 1990; S.V. Zonn,

A.P.Travleyev, 1989; Q.Ş.Məmmədov, 1994; Q.Ş.Məmmədov, Q.Ş.Yaqubov, S.Z.Məmmədova, N.F.Həkimova, 2002; V.Q.Mineyev, E.X.Rempe və b. 1990) nəzərincə, torpaq «özütənzimlənən>> sistem olduğundan mineral azotun gəlir-çıxarı arasında müvazinət vardır. Mineral azotun torpaqda izafi çoxluğu fonunda denitrifikasiya prosesi güclənir və onun torpaqdan yuyulması baş verir. Digər tərəfdən, mineral azotun çoxluğu bioloji azotun fiksasiyasını ya dayandırır, ya da ciddi şəkil-də zəiflədir. Ona görə, həm mineral azotun torpaqda miqdarının optimallaşdırılması, həm də, onun bioloji azotla müvazinətinin saxlanması ekoloji və aqrokimyəvi problem olaraq qalır.

Respublikamızda kənd təsərrüfatında aqrokimyəvi vasitələrdən geniş miqyasda istifadəyə XX əsrin 50-ci illərində başlanmışdır. Həmin əsrin 90-cı illərinə kimi bu artım yüksələn xətt üzrə getmişdir. Əgər 1957-ci ildə bütün respublika üzrə 133,9 min ton mineral gübrə tətbiq edilirdisə, bu rəqəm 1970-ci ildə 421,3 min ton, 1971-ci ildə 495,5 min ton, 1973-cü ildə 662,9 min ton, 1975-ci ildə 963,3 min ton, 1976-cı ildə 1074,2 min ton, 1979-cu ildə 1210 min ton, 1986-cı ildə 1800 min ton olmuşdur. 90-cı illərdə bu göstərici respublikamızda yaranmış ağır iqti-sadi çətinliklərlə əlaqədar azalmağa doğru getmişdir. Azərbaycanda mineral gübrələrdən intensiv şəkildə istifadə edilən dövrlərdə onların hektar üzrə göstəricisi 200-250 kq-dan çox olmamışdır.Halbuki, həmin dövrdə (1986) bu göstərici Böyük Britaniyada 376 kq, Fransada 301 kq, Yaponiyada 386 kq, Almaniyada 422 kq olmuşdur. Həmin ölkələrdə 1,5-2 dəfədən də çox mineral gübrə tətbiq edilmə-sinə baxmayaraq, kəskin fəsadlar törətməmişdir. Buradan belə görünür ki, mineral gübrələrdən, istifadənin törətdiyi fəsadlar onların miqdarı ilə deyil, onlardan istifadə mədəniyyəti və ya ekoetikası ilə bağlıdır.

Gübrələrdən istifadə torpağın deqradasiyasına səbəb olur, təbii münbitlik əsasən kimyəvi maddələrə əsaslanan münbitliklə əvəz olunur.

Gübrələrin istehsalı və istifadəsi dünyada durmadan artaraq 1950-1990-cı illərdə təxminən 10 dəfə artmışdır. 1993-cü ildə dünyada orta hesabla 1 ha. əkin sahəsinə 83 kq gübrə verilmişdir, onun yarısı azot gübrəsinin payına düşür.

Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır. İçməli suda və ya ərzaq məhsulunda nitratların konsentrasiyası təyin ohmmuş normadan artıq olduqda insanın sağlamlığı üçün təhlükəlidir.

 


Информация о работе Kimyalaşdırmanın ekoloji problemləri